Messini Azərbaycan klubunda görmək…

31 Avqust 2020 12:44 Səbail 1 142
Messini Azərbaycan klubunda görmək…

“Barselona”dan ayrılmağa qərar verən Lionel Messiyə daha bir “müştəri” çıxıb.

“Səbail” argentinalı ulduzu heyətində “görmək istəyir“.

Paytaxt təmsilçisi bunu “feysbuk“ səhifəsi vasitəsilə bəyan edib. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bunadək Maykl Essyenin transferi ilə özündən söz etdirən “Səbail” indi də daha sanballı oyunçuya göz dikib.

Messiyə “Səbail” forması “geyindirən” Premyer Liqa klubu bu geyimin ona yaraşdığını iddia edir: “Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsüz?”.

“Barselona” Messini yalnız 700 milyon avroya satmağa razıdır. Hücumçu isə müqaviləni birtərəfli qaydada pozmaq istəyir. Bu söhbətin “Səbail“ə heç bir dəxli yoxdur.

“Dənizçilər“in cibində siçanlar oynayır. Bir-iki il qabaq olsaydı, bəlkə də hanıssa transfer xəbəri “Səbail“in yaxalığına yaraşardı. 2016-cı ildə yaranan klub atdan tez düşüb, indi minməyə heç uzunqulaq da tapmır.

Bayıl təmsilçisi 1000-2000 dollarlıq əldəqayırma legionerlərin arxasınca düşüb, Messi ilə bağlı xəbərin ortalığa atılması gülüncdür. Sosial şəbəkədə belə bir fto paylaşmaq, yuxarıdakı sözləri yazmaq “Səbail“ adına utancverici piar kampaniyasıdır.

Klubda bu işə baxanların “qafa“sıı, guya, super işləyir də. Bədbəxtlər baxıb ki, yerli və əcnəbi həmkarları belə fotolar hazırlayıır, fikirləşiblər, biz niyə trenddən kənarda qalaq.

Fasonundan cin hürkən 5-6-cı sort əcnəbi futbolçunu Azərbaycana gətirməyə razı sala bilmirsiz, Messi ilə “dalğa keçmək“ haranıza yaraşır? Meydana çxarmağa 11 oyunçunu güclə düzəldirsiz, gedin papağınızı qoyun qarşıınıza və düşünən: “Səbail“ bu gedişlə hara gedir, neçə il yaşayacaq?

Yaşayacaqmı, ümumiyyətlə? Bir bunları götür-qoy edin, çıxış yolu axtarın, yoxsa “Bizcə, Messiyə bu forma əla yaraşır“ söhbəti… Fantaziya olar e, yaxşı şeydir, amma bu qədər yox da… Buna heç bişmiş toyuğun da gülməyi gəlmir.

Essyen transferinin “Səbail“ə aidiyyatı olmayıb, qoy, bilməyənlər də bilsin. Hay hayı gedib, vay vayı qalmış qanalı ulduzun Azərbaycana turist kimi gəlib, futbolçu kimi getməsini bu klub təşkil və təmin etməyib.

37 yaşlı yarımmüdafiəçinin bütün xərclərini SOCAR-a bağlı şirkət çəkib. Məqsədi naməlum tanıtım layihəsi çərçivəsində. Bir də ki, “Səbail“ indi can üstündədir, bir ayağı burada, bir ayağı Bayıl yamacındadır.

4 yaşı yenicə tamam olmuş klub həyata düz-əməlli alıışmamıış, böyüməyə başlamamış sağalmış xəstəliyə yaxalanmış ağır xəstənin vəziyyətindədir.

Ortalığa çıxası bir rəhbəri yox, nümayəndəsi yox, kimin əli kimin cibindədir, bilinmir. Müqəddəratı çayxanalarda müzakirə olunan klubdur “Səbail“ – Messi ilə mırt tuturlar amma. Day, demirlər və fikirləşmirlər ki, el-aləm onlara gülür, istehza və rişxənd edir.

Gündəmə gəlməyin, diqqət çəkməyin başqa yolları var, bunları düşünən baş isə yoxdur “Səbail“də. Odey, Fərəc Əliyev. Deyirlər, icraçı direktordur. Nəyi icra edir, necə icra edir, bəlkə özü də bilmir.

Əliyevin bildiyi şeylər başqadır, onların da hamısıını vaxtilə «İnter»də öyrənib. Futbola dəxlisiz və yaxşı olmayan əməllər/işlər.

«Səbail» SOCAR-ın törəməsidir. Bu şirkət nəinki Messini, onun nəslini Azərbaycanda yaşatmaq gücündədir. Gəl ki, SOCAR öz əliylə yaratdığı «oyunçağ»a 2 ildir barmaqarası yanaşır, hətta deyərdik ki. barmaqlarının arasından ona baxmır.

SOCAR-ın küçənin ortasına atdığı klubun Messini xəyal eləməsi ac toyuğun yuxusunda darı görməsindən də betər avara arzudur.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti