Kamran Ağayev elə bir jest etdi ki… "MƏNƏ PUL LAZIM DEYİL"

30 Avqust 2020 11:40 Səbail 2 129
Kamran Ağayev elə bir jest etdi ki… "MƏNƏ PUL LAZIM DEYİL"

Bugünlərdə «Səbail»lə 1 illik müqavilə bağlayan Kamran Ağayev klubun ona etdiyi jestə eyni cür qarşılıq verib.

Sportinfo.az-ın məlumatıına görə, millinin keçmiş qapıçısı maaş almaqdan imtina edib.

Ötən ilin mayından bəri futbol üzünə həsrət qalmış təcrübəli kiper qarşıdakı 4 ayda «dənizçilər»dən pul götürməyəcək. O, klub rəsmiləriylə son söhbətində

«İlin sonunadək mənə maaş kəsməyin. Çünki indi futbol oynamağa hazıır deyiləm. Bir neçə ay lazımdır ki, formaya düşüm. Əgər bu müddətdə özümə gəlsəm, qalıb karyeramı davam etdirəcəm. Ondan sonra oturub pul haqda danışmaq olar» deyib.

Digər Xəbərlər
Xəbər Lenti