Kamran Ağayevin futbola DÖNÜŞ QİYMƏTİ

28 Avqust 2020 10:58 Səbail 2 593
Kamran Ağayevin futbola DÖNÜŞ QİYMƏTİ

Azərbaycan millisinin keçmiş qapıçısı Kamran Ağayev bugünlərdə "Səbail"ə keçdi.

Bayııl təmsilçisi 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzaladı.

Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ"nin formasını geyinmiş Kamran Ağayevin son klubu "Keşlə" olub. Millidə 78 oyun keçirən kiper Türkiyədə "Karşıyaka", "Kayserispor", Portuqaliyada "Boavişta" və Çexiyada "Mlada-Boleslav"da da çıxış edib.

O, 1 ildən çoxdur klubsuz idi. İndi zənn etməyin ki, Kamran "Səbail"də yenə qaz vurub, qazan dolduracaq. Yığmanın sabiq "1 nömrə"si burada çox az maaş alacaq. Ona 2000 manat civarında əməkhaqqı hesablanıb.

Bəli, vaxt var idi, Ağayev bir ayda bundan 10 dəfə artıq pul qazanırdı. "Xəzər Lənkəran", "Bakı", "Qəbələ"də illik gəliri 400 min manatdan yuxarı idi. Elə ölkə xaricində də qəpik-quruşa oynamırdı.

Təəssüf, Kamran karyerasının qədrini bilmədi, əlinə düşən şansları dəyərləndirmədi. Gah tənbəlliyinin, gah özündənrazılığının, gah da dilinin bəlasına düşdü. İlyarıım futbolsuz qalmaq nə deməkdir? Parlayan ulduzun vaxtından əvvəl sönməsi.

Düz buyurulub ki, insanın özü-özünə elədiyi pisliyi heç fələk də ona edə bilməz. Eynən Kamranda olduğu kimi…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti