Yığmamızın qapıçısı rəsmən futbola döndü - FOTO

25 Avqust 2020 23:00 Səbail 1 560
Yığmamızın qapıçısı rəsmən futbola döndü - FOTO

Millimizin sabiq qapıçısı Kamran Ağayevin “Səbail”ə keçəcəyi barədə dünən yaydığımız xəbər rəsmiləşib (https://www.sportinfo.az/idman_xeberleri/sebail/90910.html).

Klubun rəsmi “feysbuk“ səhifəsi Sportinffo.az-ıın məlumatını təsdiqləyib.

Elan olunub ki, təcrübəli kiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

34 yaşlı qolkiper "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "Keşlə” klublarında çıxış edib. O, bir ildən artıqdır ki, klubsuz idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!