“Səbail”in futbolçusunun valideynləri avtomobil qəzasına düşdü

22 Avqust 2020 16:56 Səbail 1 308
“Səbail”in futbolçusunun valideynləri avtomobil qəzasına düşdü

“Səbail”in CAR-dan olan futbolçusu Hendrik Eksteynin valideynləri avtomobil qəzası keçiriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a “Səbail”in mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova bildirib.

Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi sabah Azərbaycanda olacaq: “O, klubdan icazə alıb, gedib. Valideynləri avtomobil qəzasına düşüblər. Ancaq şükür ki, ölən yoxdur.

Hendrik bizə əvvəlcədən avqustun 23-də Bakıya gələcəyini dedi. Yəni, onun ilk turun “Neftçi” ilə oyununa yetişməyəcəyini əvvəlcədən bilirdik. İnşallah, o, II turun görüşündə meydanda olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti