Var klub, var komanda.
«Səbail» nə klub kimi klubdur, nə komanda kimi komandadıır.
Bu ikisinin ortasında da olmayan bir şeydir. Nədirsə, heç özləri də bilmirlər.
Klub bazası və akademiyası olandır. «Səbail»də bu yoxdur.
Komanda 11 nəfəri meydanda olub, daha 7 nəfəri ehtiyat skamyada, bir o qədəri də tribunada əyləşən topluluqdur. «Səbail»də bu da yoxdur.
«Səbail» ya mövsümün ortasında, ya gələn yay adını dəyişəcək. Ya da gələn yay bağlanacaq. Hər halda gedişat ona tərəf - biabırçılığa aparır.
«Xəzər Lənkəran»ın dağılmasından ən çox ziyan və xiffət çəkən cənublu futbolsevərlər deyil, bilin. «Xəzər Lənkəran»ın dağılması ən çox Rövnəq Abdullayevi ziyana salıb.
Adını çəkdiyimiz klub mövcudluğunu saxlasaydı, nə «Səbail» yaranacaqdı, nə də 2016-cı ilin yayından bəri ona bir ətək pul xərcləmək laızm gələcəkdi.
XL ortalınqdan yğışdı, o da məcbur oldu ki, «Səbail»i ərsəyə gətirib, oğlu Rəşadın başını br məşğuliyyətlə qatsın. Oğul bala isə yeni «oyuncağ»ından tez yoruldu, bunu görən məcburi sponsorlar da bir-birinin ardınca aradan çıxmağa başladı.
Budur, indi meydanda bir ovuc futbolçu, bir də təpəsinə döyə-döyə qalan məşqçi korpusundan savayı kimsə yoxdur. Hanı Tamerlan Abdullayev? Hanı onun yan-yörəsindəkilər? Tamerlan Abdullayevi «gördüm» deyənə bir çimdik duz boyda ənam düşür.
AFFA-nın qol-qanadı altına sığınmış klublar arasında ən yoxsulu «Səbail»dir. Yoxsul da yaxşı gündədir onlara baxanda. Yoxsulun yoxsuludurlar. O boyda SOCAR-ın, onun törəmə müəssisə və şirkətlərinin çətiri altında dayanasan, futbolçu almağa, gətirməyə pul tapmayasan. Qəribədir, deyilmi?
«Neftçi»yə qarşı oyunda qapını Elxan Əhmədova etibar etmək, Mirabdulla Abbasovu əsas heyətə buraxmaq, faktiki hücumçusuz oynamaq bu komandanın sonu deməkdir, axırının.olmaması deməkdir. Aftandil Hacıyevin bir dəsmalı çatmır, abır-həya eləməsə, «mən nə günlərə qaldım» deyib, texniki zonada hönkür-hönkür ağlayar.
«Səbail»in yerlərdə sürünməsini, baxımsıız hallara qalmasıınıı hakimlər də görür. Rauf Cabbarov neçə epizodda «Neftçi»nin lehinə mübahisəli qərar verdi, qonaqlar yandı-yaxıldı. Çətir altında olub, çətirsiz qalmaq belə olur da. Gələn də, gedən də sənə kəm baxır, saymır.
Xəzər Hikmət

