Bakı klubunu ata-anasının xəstəliyi ilə aldatdı, geri qayıtmadı

21 Avqust 2020 09:28 Səbail 1 933
Bakı klubunu ata-anasının xəstəliyi ilə aldatdı, geri qayıtmadı

«Səbail»in Cənubi Afrika Respublikasıından olan Hendrik Ekşteyn kluba verdiyi sözü tutmayıb.

Sportinfo.az-ın məlumatna görə, afrikalı legioner dünən Azərbaycana dönəcəyini vəd etsə də, dediyini yerinə yetirməyib.

Ata-anasının koronavirusa yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini söyləyərək, «Səbail» rəsmilərindən ölkəsinə getməyə icazə alan yarımmüdafiəçi srağagün artıq burada olmalı idi.

Amma o, yenə müxtəlif bəhanələrlə qayıdış tarixini yubadıb. Ekşteyn bu gün axşam saatlarınadək özünə Bakıya yetirəcəyini deyib. Yəni ki, istənilən halda Premyer Liqanın yeni mövsümünün açılış turunda «Neftçi»yə qarşı forma geyinməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!