"Səbail" növbəti transferini həyata keçirib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Elgün Nəbiyevi heyətinə qatıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
E.Nəbiyevin son klubu "Sabah" olub. O, ötən ay Premyer Liqa təmsilçisindən ayrılıb.

