Millinin keçmiş yarımmüdafiəçisi Əfran İsmayılovun «Səbail»ə keçidi baş tutmayıb.
Sportinfo.az-ın məlumatına görə, «Keşlə»dən ayrılan futbolçu Bayıl təmsilçisi ilə danışıqlar aparsa da, tərəflər maliyyə şərtlərində razlığa gələ bilməyib.
İndi onun üçün bir variant qalır – «Qəbələ». «Qırmızı-qaralar»ın köhnə-yeni kapitanı Cavid Hüseynov da yığmadan yaxşı tanıdığı oyunçunu əyalət klubunda görmək istəyir.

