«Səbail» 2016-cı ilin yayında yaradılıb. «Xəzər Lənkəran»ın peşəkar futbol vitrinindən çəkilməsini açıqlamasıından az sonra.
Bu klub Rəşad Abdullayevin adıyla bağlıdır. O, vaxtilə millinin və «Xəzər Lənkəran»ın formasını geyinmiş Rəşad Abdullayev deyil.
O, AFFA prezidenti Rövnəq Abdullayevin gözünün ağı və qarası olan bircə oğludur.
Ata Abdullayev «Səbail»in ərsəyə gətirilməsi barədə o vaxt danışanda, demişdi ki. məqsədi Rəşadı futbola cəlb eləmək, onu Türkiyədən Azərbaycana gətirmək, beləcə, başıını qatmasını təmin etməkdir.
AFFA prezidenti elə-belə də demişdiı. Hələ üstəlik, sözünün sonunda onu da dilə gətirmişdi ki, artıq Rəşadın «Bakıya gəlim, nə edim» sualıına cavab var.
Rövnəq Abdullayev bu açıqlamanı verdiyi gün Mübariz Mənsimovun timsalında futboldan əlini çəkən iş adamlarından gileylənmişdi, bildirmişdi ki, onlar bu idman növünə təmənnalı yanaşırlar, klublara pul ayırmağın qarşılığında, müəyyən imtiyazlar, başqa şeylər gözləyirlər.
Odur-budur, aradan 4 il keçib. «Xəzər Lənkəran» hələ geri qayıtmayıb, «Səbail» isə bu müddətdə I Diviziondan Premyer Liqaya yüksəlib, bürünc medalı qazanıb, avrokuboklarda debüt edib.
Rəşad Abdullayev indi haradadır? Onu sonuncu dəfə stadionda 3 il öncə görüblər. «Səbail» elitaya vəsiqə qazanandan sonra o, öncə Müşahidə Şurasının sədri postundan istefa verdi, fəxri prezident kimi yavaş-yavaş kölgəyə çəkildi və tədricən oradan da yox oldu.
İndi səsi gah Avropadan, gah da yenə Türkiyədən gəlir. Amma futbola bir addım yaxın gəlmir. Elə «Səbail»dən də yavaş-yavaş «o dünya»nın iyi gəlir.
Adı Bayılın, dadı AFFA və bir qrup şəxsin olan bu əldəqayırma klubun ulduzu tam parlamamış sönməyə başlayıb. Ötən ilin yayından bəri qara buludlar «Səbail»in başı üzərində toplaşıb və onları dağııtmaq kiməsə maraqlıı gəlmir.
Kiməsə deyəndə ki, birincisi, elə Rövnəq Abdullayevin və AFFA-nın idarəetməsini tapşırdığı şəxslərin. Federasyianın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov «Səbail»i tamamilə ələ keçirmək uğrunda açııq mübarizə aparmasa da, həmişə bu istəkdə olub.
Onun əməlləri bunu deyir – klubun başnda Rövnəq Abdullayevin qardaşıı oğlu Tamerlan Abdullayev dayandığından, o, bir qədər ehtiyatla hərəkət edir, saman altıından su yeritməyə üstünlük verir.
Bu taktika özünü kifayət qədər doğruldub: «Səbail»in büdcəsi 2019-cu ilin yayından bəri azala-azala gedir. Keçən yay Premyer Liqanı üçüncü yerdə bitirən və Avropa Liqasında mübarizə aparan komandanın büdcəsi qəfildən aşağı salındı, nəticədə xeyli sayda futbolçu düşərgəylə vidalaşdı.
Maliyyədəki eniş bu ilin əvvəlində də davam etdi və bu gün daha çox sürətlənib. Ötən sezonun borcları dünənə kimi ödənilməyib. Xeyli futbolçu var, 2-3 ayın maaşını hələ də klubdan ala bilməyib.
Biz hələ məşqçiləri, sıravi əməkdaşları siyahıya almırıq. Ümumiyyətlə, «Səbail»də maddi mövzu o qədər qarışıqdır ki, hətta borc yiyələri aldıqları və ya alacaqlar pulun hansı aya aid olmasını özü üçün dəqiqləşdirməyə çətinlik çəkir.
«Səbail» gələn mövsüm də Premyer Liqada çıxış edəcək. Bu, sadəcə, çıxış xatirinə çıxış olacaq. Avqustun 21-də yeni «futbol ili»nin zəngi çalınacaq,
Bayıl təmsilçisi hələ də bilmir ki, hansı büdcəylə yola çıxacaq. Son 2 ayda buranı 10-a yaxın futbolçu tərk edib, gələnlərin sayı isə bir əlinin barmaqlarının sayından azdır.
Kamal Bayramov və Aleksandr Rıbkanın timsalında müqaviləsi olanlar, ya da müqaviləsini uzadanlar bir-birinin ardınca «Səbail»lə sağollaşır.
Çünki hamıya əvvəlkindən iki dəfə az əməkhaqqı təklif olunub. Kimi əlacsızlıqdan qalır, kimi də vəziyyətin düzələcəyinə inanaraq. Başqa yerlərdən dəvət alanlar isə çağırışı o dəqiqə qəbul edir və «Səbail»ə «bye-bye» deyir.
«Dənizçilər» elitanın yeganə iştirakçısdır ki, futbolçuları ilə təxmini rəqəmlər üzərindən danışıqlar masası arxasına əyləşir. Büdcə bugünədək tutulmayıb və ola bilsin, oyunçular heç yeni təklif olunan əməkhaqqını da almasn.
Rəsmi sənədlərdə sponsor kimi göstərilən şirkətlərin biri də kluba nə qədər vəsait ayıracağıını elan etməyib. Durum kritikdir ki, Tamerlan Abdullayev də kollektivlə görüşdən yayınır.
Belə pis çıxmasın, komanda üzvləri prezident səlahiyyətlərini yerinə yetirən bu şəxsi axırıncı dəfə eramızdan əvvəl görüb.
Bu, «Səbail»də sonuncu başlanğıcıdır. Tamerlan Abdullayev boş adam deyil, iş-güc yiyəsidir və nəsə bilməsə, belə mövqe sərgiləməz. Demək, klubun heç bir perspektivi qalmayıb ki, o, səssiz-səmirsiz kənara çəkilib, özünü futboldan izolyasiya edib.
Görünür, əmisinin tezliklə AFFA-nın prezidenti postundan, ümumiyyətlə, futboldan uzaqlaşacağı barədə xəbərlər ən birinci ona çatıb.
SPORTİNFO.AZ

