Zaur Ramazanova «Səbail»ə idman direktoru təyin edilməsindən xəbərdarsız.
Bu, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun istəyi ilə baş tutub.
Keçmiş futbolçu yeni iş yerində əsasən akademiyaya məsuliyyət daşıyacaq. Ramazanova məşqçilərin təyinatı və seleksiya prosesinə nəzarət tapşırılıb.
Bundan əvvəl AFFA ona məşqçi kimi Bayıl təmsilçisində işə başlamağı təklif etsə də, razılaşmayıb.
«Xəzər Lənkəran»ın canlı əfsanəsi özünü bu sahədə görmədiyini bildirib. Halbuki vaxtilə Yunis hüseynovun köməkçisi kimi cənub klubunda çalışıb. Görünür, Ramazanov funksioner kimi özünü daha rahat hiss edir.
SPORTİNFO.AZ

