Ailəsində ciddi problem yarandı, Azərbaycanı tərk etdi

15 Avqust 2020 14:08 Səbail 1 168
Ailəsində ciddi problem yarandı, Azərbaycanı tərk etdi

«Səbail»in legioneri Hendrik Esşteyn Azərbaycanı tərk edib.

Sportinfo.az-ıın məlumatına görə, bu, Cənubi Afrika Respublikasından olan futbolçunun ailəsində yaranan problemlə bağlıdır.

Belə ki, onun ata-anası koronavirusa görə xəstəxanaya yerləşdirilib. Valideynlərinin xəstəliyindən xəbər tutan afrikalı oyunçu təcili ölkəsinə yollanmalı olub. Hedrikin avqustun 21-dək Azərbaycana dönməsi sual altındadır.

«Səbail» həmin Premyer Liqada yeni mövsümə start verəcək və «Neftçi»nin qonağı olacaq. Düzdür, o, ayın 19-da Bakıya qayıtmaq şərti ilə klubdan icazə alb, amma «dənizçilər» hələ təyyarə bileti tapa bilmir.

Digər Xəbərlər
Xəbər Lenti