"Barselona" – Yədullanın müsibəti heç belə olmamışdıı…

15 Avqust 2020 00:50 Səbail 1 361
"Barselona" – Yədullanın müsibəti heç belə olmamışdıı…

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, yarımfinala 3-cü vəsiqə uğrunda matçda “Barselona” ilə "Bavariya" üz-üzə gəliblər.

Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 8:2.

Qarşılıqlı hücumlarla başlayan oyunda hesab erkən açılıb. Bundesliqa çempionunun heyətində Tomas Müller 4-cü dəqiqədə fərqlənib. Lakin almanların sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra David Alaba topu öz qapısına göndərərək "Barselona"nın hesabı bərabərləşdirməsinə imkan yaradıb.

Bundan sonra kataloniyalılar bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratsa da, qolu "Bavariya" vurub. 22-ci dəqiqədə İvan Perişiç dəqiq zərbə ilə komandasını yenidən önə çıxarıb.

Hücumlarını davam etdirən münhenlilər 6 dəqiqə sonra rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Serj Qnabri müdafiənin arxasına atılan topu qapıdan keçirib. 31-ci dəqiqədə isə Müller dubl edərək ilk hissədə yekun hesabı müəyyənləşdirib - 4:1.

Fasilədən sonra toparlanmağa çalışan "Barselona" 57-ci dəqiqədə Luis Suaresin qolu ilə fərqi azaltsa da, 6 dəqiqə sonra "Bavariya" 5-ci dəfə rəqibi məyus edib. Yozua Kimmix adını tabloya yazdırıb.

82-ci dəqiqədə Robert Levandovski 6-cı topu ispaniyalıların qapısına vurub. Bununla kifayətlənməyən "Bavariya" rəqibi daha 2 dəfə cəzalandırıb. Filippe Koutinyo 85 və 89-cu dəqiqələrdə fərqlənərək matçda son nöqtəni qoyub - 8:2.

"Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 2:8
Qollar:
Müller, 4 (0:1), Alaba, 6-avtoqol (1:1), Perişiç, 22 (1:2), Qnabri, 28 (1:3), Müller, 31 (1:4), Suares, 57 (2:4), Kimmix, 63 (2:5), Levandovski, 82 (2:6), Koutinyo, 86 (2:7), 89 (2:8)

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

12 avqust
“Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2

13 avqust

23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Digər Xəbərlər
Xəbər Lenti