"Səbail"in üzünün gülən günü olacaq?

14 Avqust 2020 16:28 Səbail 811
"Səbail"in üzünün gülən günü olacaq?

Premyer Liqada yeni mövsümə hazırlığını davam etdirən "Keşlə" və "Səbail" növbəti yoxlama görüşünə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Bakı klubları mövsümlərarası fasilədə ikinci dəfə üz-üzə gələcək.

Qəbələ toplanışı zamanı rəqibinə məğlub olan "Səbail" revanşı Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında almağa çalışacaq.

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə" yay fasiləsində indiyə qədər "Zirə" (1:0) və "Səbail"ə (2:0) qalib gəlib, "Qarabağ"a (1:3, 0:4) məğlub olub. "Səbail" isə Qəbələ toplanışı zamanı "Qəbələ"ni (2:1) üstələyib, "Keşlə"yə (0:2) yenilib.

18:00. "Keşlə" - "Səbail"
Bakı Olimpiya Stadionunun ehtiyat meydançası

Digər Xəbərlər
Xəbər Lenti