“Çempionatın ilk turunda “Qarabağ”a rəqib olmağımızla bağlı deyəcək çox şey yoxdur”.
Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Sabah”ın yeni baş məşqçisi Visente Qomes deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatmasını dəyərləndirib. 49 yaşlı çalışdırıcı açılış turunda hansı komanda ilə qarşılaşmağın onlar üçün elə də fərq etmədiyini söyləyib:
“Çempionatda, onsuz da, bütün komandalarla qarşılaşacağıq. Hansısa rəqiblə ilk turda da oynaya bilərik, dövrənin sonunda da. Bizim tək düşüncəmiz bütün oyunlara hazırlıqlı olmaqdır”.

