Bilindiyi kimi, “Səbail” dünən qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb.
2019-cu ilin yanvarından "Səbail"in formasını geyinən 33 yaşlı qolkiperin Bakı klubu ilə 1 illik müqaviləsi qalmışdı.
O, geridə qalan müddət ərzində paytaxt təmsilçisində 22 rəsmi oyun keçirib. Ukraynalı qapıçıya xidmətlərinə görə təşəkkür edən "dənizçilər" ona gələcək karyerasında uğurlar arzulayıb, amma qəfil gedişin səbəbini açıqlamayıb.
Bəli, maliyyə problemi. Bayıl təmsilçisi Rıbkaya ötənilkindən iki dəfə aşağı maaş təklif edib. Ölkəsindəki klubların birindən dəvət alan kiper həyat yoldaşı ilə məsləhətləşəndən sonra "Səbail"in yeni çağırışını geri çevirib.
SPORTİNFO.AZ

