Bakı komandasında daha bir GÖZLƏNİLMƏZ AYRILIQ

12 Avqust 2020 16:00 Səbail 1 491
Bakı komandasında daha bir GÖZLƏNİLMƏZ AYRILIQ

Maliyyə problemləri içində çablayan «Səbail»də «yarpaq tökümü» davam edir.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisi Kamal Bayramovla vidalaşmalı olub.

Son 1,5 ildə «dənizçilər»in şərəfini qoruyan qapıçı yaxınlarda müqaviləsinin müddətini uzatsa da, yenidən fikrini dəyişib. Klub rəsmilərinə müraciət edən kiper düşərgədən ayrılmaq istədiyini bildirib.

O, maddi çətinliklə üzləşməsi səbəbindən mövcud şərtlər daxilində burada qalmasının mümkün olmadıığını söyləyib. Bayramovun xahişi müsbət qarşılanıb.

Beləliklə, bu yay «Səbail»dən ayrılan futbolçuların sayı 9-a çatıb. Ona kimi gedənlər bunlardır: Fəhmin Muradbəyli ("Neftçi": icarə müddəti başa çatıb), Ruslan Hacıyev ("Qarabağ": icarə müddəti başa çatıb), Eltun Yaqublu (karyerasını bitirib), Şəhriyar Rəhimov ("Zirə"), Maykl Essyen, Eriko da Silva, Aqşin Qurbanlı, Obriqado Eriko.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"