Bakıya ayaq basan kimi şirin vədlər verdi: "Zövq yaşadacam"

11 Avqust 2020 14:50 Səbail 902
Bakıya ayaq basan kimi şirin vədlər verdi: "Zövq yaşadacam"

Sportinfo.az xəbər verir ki, "Səbail"in yeni transferi - makedoniyalı yarımmüdafiəçi Florian Kadriu klubun rəsmi saytının suallarını cavablandırıb.

– "Səbail"lə müqavilə imzaladınız. Hansı hissləri keçirirsiniz?

– İlk olaraq, mənə inandığına görə, kluba təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqası barədə məlumatınız var idi?

– Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildiriblər.

– Öz oyun tərzinizi necə təsvir edə bilərsiniz?

– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

– Yaxınlarınız sizi necə çağırır?

– Yaxınlarım mənə Landi deyə müraciət edir.

– Mövsümə avqustun 21-də start veriləcək. Həm şəxsi, həm də, komandadan gözləntiləriniz nədir?

– İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

– “Səbail”in azarkeşlərinə ismarıcınız var?

– Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Fanatlar üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.

Digər Xəbərlər
Xəbər Lenti