Bakı klubunu sevgilisinə dəyişən: "Xoşbəxtəm" - FOTO

11 Avqust 2020 11:48 Səbail 939
Bakı klubunu sevgilisinə dəyişən: "Xoşbəxtəm" - FOTO

"Səbail" ilə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniyada "UTA-Arad"a keçib.

Braziliyalı Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib. Silva UTA-ya kömək etmək istədiyini söyləyib: ""Burada olmaqdan məmnunam. UTA-nın necə klub olduğunu bilirəm.

Ümid edirəm ki, komandaya kömək edə biləcəm. İstədiyimiz səviyyəyə çatacağımızı düşünürəm. Buraya gəlmək fürsətini mənə verən hər kəsə təşəkkürlər. Yenidən Rumıniyaya qayıtdığım üçün xoşbəxtəm”.

Daha əvvəl Rumıniyada “Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış etmiş müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb.

Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib və buradan pulunun azaldılmasına razı olmayaraq ayrılıb. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək. Cənubi amerikalının adıçəkilən ölkəyə qayıtması şəxsi səbəblərdəndir. Belə ki, sevgilisi Rumıniyada yaşayır.

Digər Xəbərlər
Xəbər Lenti