Problem həll olundu, bu axşam Azərbaycana gələcək

3 Avqust 2020 09:28 Səbail 1 465
Problem həll olundu, bu axşam Azərbaycana gələcək

"Renova"nın futbolçusu Florian Kadriunun Azərbaycan klubuna keçidi rəsmiləşib.

Sportinfo.az-ın məlumatına görə, "Səbail" yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.

Bayıl klubu şimali makedoniyalının təyyarə bileti ilə bağlı problemini həll edib və o, artıq bu axşam Bakıda olacaq.

24 yaşlı legioner karyerası ərzində Albaniyanın "Tirana" (2015-2016), "Teuta" (2016), Makedoniyanın "Şkupi" (2016-2017) və "Rabotniçki" (2017) klublarında oynayıb. 2018-ci ildən "Renova" forma geyinən futbolçu başa çatan mövsümdə 23 oyuna çıxaraq, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti