Azərbaycan klubu yeni legionerini gətirməyə bilet tapmır

2 Avqust 2020 11:40 Səbail 1 669
Azərbaycan klubu yeni legionerini gətirməyə bilet tapmır

"Səbail"in "Renova"dan Florian Kadriu ilə danışıqlar aparmasını xəbər vermişdik.

Bayıl klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır və onu Azərbaycana dəvət edib.

Gəl ki, indi yeni problem yaranıb. "Dənizçilər" 24 yaşlı şimali makedoniyalını Bakıya gətirə bilmir. Səbəb odur ki, bilet tapılmır. Problem həllini tapsa, onunla birillik müqavilə imzalanacaq.

Kadriu peşəkar karyerası ərzində Albaniyanın "Tirana" (2015-2016), "Teuta" (2016), Makedoniyanın "Şkupi" (2016-2017) və "Rabotniçki" (2017) klublarında oynayıb. 2018-ci ildən "Renova" forma geyinən futbolçu başa çatan mövsümdə 23 oyuna çıxaraq, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti