"Ailəsinə görə bir az narahat idi, ona görə, gələ bilmədi"

31 İyul 2020 09:28 Səbail 916
"Ailəsinə görə bir az narahat idi, ona görə, gələ bilmədi"

«Bu ayrılığı özüm də gözləmirdim».

Bu sözləri Sportinfo.az-a açııqlamasında «Səbail»n baş məşqçisi Aftandil Hacıyev deyib.

O. fiziki hazırlıq üzrə köməkçisi Toni Boqdanovskinin Azərbaycana qayıtmamasına münasibət bildirib. Makedoniyalı yardımçıı koronavirus pandemiyasını əsas gətirərək, klubla müqaviləsini uzatmayıb və ailəsinin yanında qalmağa üstünlük verib.

Hacıyev yeni köməkçisinin yerli də, əcnəbi də ola biləcəyini söyləyib: «Toni 2 il bizimlə çalışdı. İşindən həmişə razı olmuşam. Makedoniyada qalması maliyyə məsələləri ilə bağlı deyil.

Bu pandemiyaya görə gələ bilmədi. Ailəsinə görə bir az narahat idi. İndi mən yeni köməkçim axtarmalıyam. Beynimdə müəyyən fikirlər var. Yeni köməkçim xarici də ola bilər, yerli də. Hələ qəti qərar verməmişəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti