Azərbaycan klubu makedon ilə anlaşmağa yaxındır

29 İyul 2020 12:30 Səbail 1 328
Azərbaycan klubu makedon ilə anlaşmağa yaxındır

"Səbail" Avropa Liqasında iştirak etmək hüququ qazanan "Renova"nın futbolçusu Florian Kadriu ilə danışıqlar aparır.

Sportinfo.az-ın məlumatına görə, Bayıl klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu gün 24 yaşı tamam olan şimali makedoniyalı "dənizçilər"in təklifinə münasiəbti müsbətdir.

Kadriu peşəkar karyerası ərzində Albaniyanın "Tirana" (2015-2016), "Teuta" (2016), Makedoniyanın "Şkupi" (2016-2017) və "Rabotniçki" (2017) klublarında oynayıb. 2018-ci ildən "Renova" forma geyinən futbolçu başa çatan mövsümdə 23 oyuna çıxaraq, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!