COP29

Kapitan baş məşqçisini puldan üstün tutdu - FOTO

23 İyul 2020 18:06 Səbail 1 087
Kapitan baş məşqçisini puldan üstün tutdu - FOTO

"Səbail" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb.

31 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə də "dənizçilər"in formasını geyinəcək. Əmirquliyev 2018-ci ildən "Səbail"də çıxış edir. O, bu komanda ilə 2018/2019 mövsümündə Premyer Liqanın bürünc medalını qazanıb.

Rahidin "Keşlə" və "Zirə" ilə danışıqlar aparması məlum idi. Odur ki, "Səbail"də qalacağı gözlənilmirdi. Amma o, sonda Aftandil Hacıyevi puldan üstün tutdu, baş məşqçisinə görə əvvəlkindən az maşa oynamağa etiraz etmədi.

"Səbail" buna qədər Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!