"Səbail" təlim-məşq toplanışı üçün dünən Qəbələyə yollanıb.
Bayıl təmsilçisi səfərə 22 futbolçu aparırb
Onlar arasında müqavilə müddəti başa çatanlar da var. Həmin futbolçularla danışıqlar Qəbələdə davam etdiriləcək.
Sportinfo.az-ın məlumatına görə, müqaviləsi bitənlərdən 9 nəfər burada qalmağa razılıq versə də, Rahid Əmirquliyevlə bağlı qeyri-müəyyənliyə hələ aydınlıq gəlməyib.
İki ildir göy formanı geyinən kapitana əvvəlkindən xeyli az kontrakt təklif olunub. Yarımmüdafiəçiyə 2 başqa klubdan təklif gəldiyindən, "Səbail"lə anlaşmanın müddətini yeniləməyə tələsmir. Rəsmilərdən bir neçə gün vaxt istəyib.

