Bakı klubunda 7-ci ayrılıq

21 İyul 2020 17:10 Səbail 1 015
Bakı klubunda 7-ci ayrılıq

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Aqşin Qurbanlı gələn mövsümdən məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Klub müqavilə müddəti başa çatan 24 yaşlı oyunçu ilə əməkdaşlıqda maraqlı olmayıb. Geridə qalan mövsüm Premyer Liqada 2 oyun keçirən Qurbanlıya azad agent statusu verilib.

Bu, "Səbail"in yay fasiləsində 7-ci ayrılığı olub. Qəsəbə təmsilçisi həmçinin Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Şəhriyar Rəhimov, Maykl Essyen və Eriko da Silvanı da yola salıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!