“Səbail” dnən 9 futbolçusu ilə müqaviləni yeniləyib.
Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovun kontraktının müddəti 2020/21 mövsümünün sonunadək uzadılıb.
Bayıl təmsilçisi həmçinin Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimli ilə də anlaşmanın müddətini artırıb. Paytaxt klubu hələlik yalnız “Sabah”dan ayrılan Məqsəd İsayevi transfer edib.
“Dənizçilər“ bu müqavilələri futbolçuların güzəştə getməsi nəticəsində uzada bilib. Belə ki, krontrakta imza atanların hamısı ötən mövsümlə müqayisədə daha aşağı maaş qarşılığında burada qalmağa razılıq verib.
Fərq nəzərəçarpacaq qədər böyükdür. Təqribən 30-40 faiz. Əvəzində nə xahiş etsələr yaxşıdır? Ödəmələr vaxtlı-vaxtında həyatğa keçirilsin, əvvəlkitək aylarla uzanmasın.
Bunu isə onlara Tamerlan Abdullayev vəd edə bilər. Gəl ki, prezident səlahiyyətlərini yerinə yetirən bu şəxs hələ də komanda arasına çıxmır.
SPORTİNFO.AZ

