"Səbail"dən başqa heç kimə lazım deyillər – 4 KONTRAKT

20 İyul 2020 23:40 Səbail 869
"Səbail"dən başqa heç kimə lazım deyillər – 4 KONTRAKT

“Səbail”də daha dörd futbolçu ilə yeni müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovun müqaviləsinin müddəti 2020/21 mövsümünün sonunadək uzadılıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

“Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimli ilə də müqavilə yenilənmişdi. Paytaxt klubu “Sabah”dan ayrılan Məqsəd İsayevi də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti