"Səbail"də daha bir futbolçunun taleyinə aydınlıq gəldi

20 İyul 2020 15:32 Səbail 770
"Səbail"də daha bir futbolçunun taleyinə aydınlıq gəldi

"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Adil Nağıyevlə də razılıq əldə edib.

25 yaşlı müdafiəçi 2020/21 mövsümündə də "Səbail"in formasını geyinəcək.

Qeyd edək ki, "Səbail" daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli və Peyman Keşavarzın müqaviləsini daha bir il artırıb.

Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli "Neftçi"yə, Ruslan Hacıyev isə "Qarabağ"a qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"