"Səbail"də 4 müqavilə

20 İyul 2020 14:08 Səbail 939
"Səbail"də 4 müqavilə

"Səbail" klubu 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verilib.

Yerli futbolçulardan Orxan Qurbanlı, Bahadur Həziyev və Elçin Rəhimli növbəti mövsümdə də komandada qalacaq. İranlı mərkəz müdafiəçisi Peyman Keşavarz da 2020/2021 mövsümdə "Səbail"in formasını geyinəcək.

Aftandil Hacıyevin baş məşqçi olduğu komanda aparıcı futbolçuları Rahid Əmirquliyev və Rauf Əliyevlə də razılıq əldə etməyə çox yaxındır.

"Səbail" daha əvvəl Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli "Neftçi"yə, Ruslan Hacıyev isə "Qarabağ"a qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti