"Səbail" məqsədinə çatmasa da, Məqsəd "Səbail"ə çatdı

19 İyul 2020 14:40 Səbail 859
"Səbail" məqsədinə çatmasa da, Məqsəd "Səbail"ə çatdı

"Səbail" mövsümlərarası fasilədə ilk transferini ictimaiyyətə açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Məqsəd İsayevlə anlaşdığını bəyan edib.

Ötən mövsümün sonunda "Sabah"dan ayrılan 26 yaşlı cinah müdafiəçisi bundan sonra "Səbail"in formasını geyinəcək.

Baş məşqçi Aftandil Hacıyevi postunda saxlayan "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Maykl Essyen, Şəhriyar Rəhimov və Eriko da Silva ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti