"Mənə ağır olsa da, karyerama son qoymağı qərara aldım"

19 İyul 2020 00:42 Səbail 1 183
"Mənə ağır olsa da, karyerama son qoymağı qərara aldım"

“Səbail” ilə yollarını ayıran Eltun Yaqublu futbolçu karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qərar verib. O, “Səbail” rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:

"Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım. "Səbail" rəhbərliyinə, məşqçilər korpusuna və mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar...".

Eltun karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt"ın da formasını geyinib. O, 2018/19 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti