"Səbail"dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu İnstaqram səhifəsində paylaşım edib.
Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi. Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib:
"Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək". O, daha sonra Azərbaycan dilində "Şəhidlər olməz, vətən bölünməz" sözlərini də paylaşıb.

