Aygün Kazımovanın qızı ilə videosu yayılan futbolçu Azərbaycandan getdi

17 İyul 2020 15:46 Səbail 1 149
Aygün Kazımovanın qızı ilə videosu yayılan futbolçu Azərbaycandan getdi

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Eriko da Silva komandanı tərk edib. Braziliyalı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib. Buna səbəb "Səbail"in ona daha az maaş təklif etməsi olub.

Qeyd edək ki, Eriko da Silva "Səbail"ə ötən yay Rumıniyanın "Astra" klubundan gəlmişdi. 30 yaşlı stoper ölkəmizdə keçirdiyi 12 oyunda 1 qol vurub.

Onu da qeyd edək ki, Eriko da Silva bir neçə gün əvvəl Aygün Kazımovanın qızı ilə yayılan videosuna görə gündəmə gəlmişdi. (Fanat.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti