Millimizin üzvü "Səbail"dən ayrıldı - Rəsmi

17 İyul 2020 13:54 Səbail 811
Millimizin üzvü "Səbail"dən ayrıldı - Rəsmi

"Səbail" futbolçusu Şəhriyar Rəhimovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Rəhimovun paytaxt təmsilçisi ilə 2021-ci ilin mayına qədər sözləşməsi var idi.

Qeyd edək ki, milli komandamızın üzvü 2018-ci ildən "Səbail"də çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti