"Səbail"lə müqaviləni yeniləmədi, yeni klubu bilindi

16 İyul 2020 16:00 Səbail 1 440
"Səbail"lə müqaviləni yeniləmədi, yeni klubu bilindi

Gələcəyi qeyri-müəyyən olan «Səbail»dən gedənlərin sayı artmaqdadır.

Sportinfo,az-ın məlumatına görə, Eltun Yaqublu və Şəhriyar Rəhimovun ardınca, Vüqar Bəybalayev klubla müqaviləsini yeniləməyib.

«Bakı»nın yetirməsi bundan sonra karyerasını «Sumqayıt»da davam etdirəcək. O, «kimyaçılar»la 1 illik müqavilə imzalayıb.

Bu, vaxtilə «Xəzər Lənkəran» və «Rəvan»ın da formasını geyinmiş Bəybalayevin «Sumqayıt»a ikinci qayıdışıdır. 2012-ci ildə «Bakı»dan «gənclik şəhəri» təmsilçisinə icarə verilməsini yada salaq.

Digər Xəbərlər
Xəbər Lenti