Premyer Liqa klubundan baş məşqçi ilə bağlı SON QƏRAR

6 İyul 2020 22:40 Səbail 1 581
Premyer Liqa klubundan baş məşqçi ilə bağlı SON QƏRAR

«Səbail»i yeni mövsümdə kmin çalışdıracağı bu gün məlum olub.

Sportinfo.az-ın məlumatına görə, bayıl təmsilçisi Aftandil Hacıyevlə yola davam etməyi qərara alıb.

2018-ci ilin yayında «dənizçilər»in sükanı arxasına keçən mütəxəssislə yeni müqavilə 1 illik nəzərdə tutulub.

Məqsəd nə olacaq? Orta yerlər uğrunda mübarizə aparmaq. Çünki klubun büdcəsi, gözlənildiyi kimi, yenə artırılmayıb.

Üstəlik, son sezondan bir xeyli borc yığılıb qalıb. Artıq iyuldur, lakin hələ də aprel və may aylarının maaşını almayan futbolçular kifayət qədərdir.

Aftandil Hacıyev bura «Qarabağ-2»dən gəlib. Və birinci mövsümündə «Səbail»in «ağzını ətə çatdırıb» - komanda tarixində birinci və bəlkə də sonuncu dəfə avrokuboklara qatılıb.

Onun işini davam etdirməsini şəxsən Tamerlan Abdullayev istəyib və arxasında dayanıb. Yoxsa AFFA-nın ümidinə qalsaydı, Hacıyev hələ keçən yay vəzifəsi ilə vidalaşmışdı.

Onu da deməliyik ki, gənc çalışdırıcı bu müddətdə hörmətə hörmətlə cavab verib. İki dəfə başqa klubdan təklif alsa da, Abdullayevi tək buraxaraq getməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti