“Səbail”in legioneri müğənninin qızı ilə harada və necə tanış olub? - VİDEO

4 İyul 2020 14:36 Səbail 3 190
“Səbail”in legioneri müğənninin qızı ilə harada və necə tanış olub? -  VİDEO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin “Səbail”in futbolçusu Eriko Konstantino da Silva ilə görüntüləri dünəndən bəri mətbuatın gündəmindədir.

Sosial şəbəkələrdə yayılan videodo sənətçinin qızının əlində qırmızı şərabla dolu badə olan və qəlyan çəkən braziliyalı ilə əyləndiyi görünür.

O, paylaşımında cənubi amerikalı oyunçunu “lovely” (sevimli) kimi təqdim edib.

30 yaşlı “sambaçı“ 2 ildir “Səbail”in formasını geyinir. Onun Bayıl təmsilçisi ilə müqaviləsi iyunda başa çatıb. Sərhədlərin bağlanması üzündən hələ Bakını tərk edə bilmir.

Onların tanışlığı da elə burada – şəhərin mərkəzində yerləşən yaşayış komplekslərinin nəzdində fəaliyyət göstərən restoranların birində baş tutub.

Cütlük 4 aydan artıqdır bir yerdədir. Bu da braziliyalı legionerin rumın sevgilisinin ölkəsinə qayıtmasından sonraya təsadüf edir. Eriko onu yoxluğunda İlqarə ilə əylənməklə vaxtını keçirir.

SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”