"İşimi davam etdirib-etdirməyəcəyimi hələ bilmirəm"

1 İyul 2020 18:06 Səbail 835
"İşimi davam etdirib-etdirməyəcəyimi hələ bilmirəm"

«İşimi davam etdirib-etdirməyəcəyimi hələ bilmirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Son 2 mövsümdə Bayıl təmsilçisini çalışdıran mütəxəssisin sözləşməsi bitib. Bu müddətdə «dənizçilər»i ilk dəfə Avropa Liqasına çıxaran «Pro» kateqoriyalı çalışdırıcı klub rəhbərliyi ilə görüşmədiyini bildirib:

«Vəziyyətin bundan sonra necə olacağını bilmirəm. Hər şey rəhbərlikdən asılıdır. Dəvət etsələr, oturub gələcək barədə müzakirə aparmağa dəyər. Belə mən başqa nə deyim? Gözləməkdəyik…

Bu pandemiya hər işdə durğunluq yaradıb. Hamı kimi, mən də gümünü evdə keçirirəm, karantin qaydalarına riayət edirəm. Bundan sonra necə olacağını hələ heç kim bilmir.

«Səbatl»in gələcək planları haqda danışmağım bu gün düzgün deyil. Əgər mənim qalıb-qalmayacağım bilinmirsə, komanda və futbolçularım barədə nəsə söyləməyim doğru çıxmaz»

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!