"Komandanın təsis olunması planlaşdırılır" - AÇIQLAMA

25 İyun 2020 12:16 Səbail 801
"Komandanın təsis olunması planlaşdırılır" - AÇIQLAMA

"Bəli, həqiqətən də klubumuzun nəzdində hələ ki, hər hansı yaş qrupunda qadın komandası fəaliyyət göstərmir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova deyib.

AFFA İcraiyyə Komitəsinin (İK) koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə görə cərimə tətbiq etmədiyi klublar bəlli olub. İK "Qarabağ", "Zirə" və "Səbail"i qadın komandaları olmadığı üçün cərimələməkdən imtina edib.

Hər üç Premyer Liqa təmsilçisi bundan əvvəlki illərdə eyni səbəbdən cərimələnib: Lakin İK bu il güzəştə gedib və mövcud vəziyyəti nəzərə alaraq klublara dəstək göstərmək məqsədi ilə onları lisenziyalaşdırma prosedurunda nəzərdə tutulan müxtəlif maddi cərimələrdən azad edib.

Lisenzilaşdırma qaydalarında belə bənd var ki, hər klubun qadınlardan ibarət komandası da olmalıdır. Əks halda, həmin klub 10 min manat cərimə edilir. İK qərar qəbul verib ki, cərimələr bu il tətbiq olunmasın.

Bu, sırf mövcud vəziyyətlə bağlıdır. Hansısa sənəd gecikəndə cəzalar olur və bunun üçün min manatadək cərimələr tətbiq edilir. İK-nın iclasında istənilən maddi cəzaya bu dəfə baxılmayıb.

Qadınlardan ibarət komandanın olması ilə bağlı meyar 2025/2026 mövsümündən mütləq gerçəkləşəcək. Lisenziyalaşdırma Qrupunun tələbinə əsasən, hər bir klub mütləq şəkildə qadın komandasının mövcudluğunu təmin etməlidir.

Artıq ondan sonra cərimə məsələsi olmayacaq. Qadın komandası yaradılmalıdır ki, klub avrokuboklar üçün lisenziyanı əldə edə bilsin.

"Səbail" rəsmisi bildirib ki, mövcud çatışmazlığı aradan qaldıracaqlar: "Bu komandanın yaradılması gündəmdədir. Planlaşdırılır ki, gələcəkdə müxtəlif yaş qrupunda "Səbail"in nəzdində qadın komandası təsis olunsun".

Digər Xəbərlər
Xəbər Lenti