Ən bahalı gənc futbolçularından biri Azərbaycanda - SİYAHI

9 İyun 2020 11:48 Səbail 2 422
Ən bahalı gənc futbolçularından biri Azərbaycanda - SİYAHI

2004-cü ilin ən bahalı gənc futbolçuları ilə bağlı araşdırma aparılıb.

Sportinfo.az xəbər verir ki, "10-luq"da Azərbaycanın "Səbail" klubunun futbolçusu Maykl Essyen də yer alıb.

38 yaşlı təcrübəli yarımmüdafiəçi 10-cu pillədə qərarlaşıb. Qanalı yarımmüdafiəçinin 2004-cü ildə Fransa "Lion"unda çıxış edərkən dəyəri 12 milyon avro olub.

Essyenin karyerasındakı ən yüksək qiyməti 38 milyon avrodur. 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin də formasını geyinib.

2004-cü ilin ən bahalı gənc futbolçuları

1. Ueyn Runi ("Mançester Yunayted", İngiltərə) - 37 milyon avro (karyerasındakı ən yüksək qiyməti - 65 milyon avro)

2. Xose Antonio Reyes ("Arsenal", İngiltərə) - 35 milyon avro (35 milyon avro)

3. Fernando Torres ("Atletiko", İspaniya) - 25 milyon avro (50 milyon avro)

4. Robinyo ("Santos", Braziliya) - 22 milyon avro (36,5 milyon avro)

5. Aryen Robben ("Çelsi", İngiltərə) - 20 milyon avro (40 milyon avro)

6. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 18 milyon avro (120 milyon avro)

7. Karlos Tevez ("Boka Xuniors", Argentina) - 15 milyon avro (40 milyon avro)

8. Daniele De Rossi ("Roma", İtaliya) - 14 milyon avro (38 milyon avro)

9. Andres İnyesta ("Barselona", İspaniya) - - 12 milyon avro (70 milyon avro)

10. Maykl Essyen ("Lion" Fransa) - 12 milyon avro (38 milyon avro)

Digər Xəbərlər
Xəbər Lenti