"Çox çətin durumdayıq" - Rahid Əmirquliyev

8 İyun 2020 21:40 Səbail 1 299
"Çox çətin durumdayıq" - Rahid Əmirquliyev

"Hazırlaşmağa 20 gün vaxt verilmişdi.

Bu özü belə az müddətdir. İndi də hər həftə iki gün məşq qadağası var. Onsuz da, vaxt az idi. İndi lap da azaldı"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli yarımmüdafiəçi hazırkı şərtlərlə oyunlara hazırlaşmağın çətinliyini dilə gətirib: "İşimiz bir az da çətinləşdi. Formaya düşmək çətin olacaq. Amma belə vəziyyətdə AFFA və PFL davam etmək qərarı veribsə, bizə qalan odur ki, hazırkı proqramla çempionata hazırlaşaq.

Oyunlar vaxtı da karantin olsa, oynamaq çətin olacaq. Düşünürdülər ki, hər 4-5 gündən bir oyun olsun. Ancaq altı və bazar günləri məşqlərə, oyunlara qadağa qoyulması işləri çətinliyə salır. Buna görə də yəqin ki, bir qərar verilər.

Məncə, məşqlərə başlamışıqsa, çempionatı davam etdirsək yaxşı olar. Oyunlar necə olacaq, hansı günlər olacaq buna AFFA, PFL qərar verəcək. Bizə qalanı hazırlaşmaqdır. Çox çətin durumdayıq"

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"