Koronavirus pandemiyası səbəbindən Premyer Liqada yaranmış 2,5 aylıq məcburi fasilənin başa çatması, əksər futbolçular kimi, Maykl Esyeni də sevindirib.
Sportinfo.az xəbər verir ki, «Səbail»in qanalı ulduzu məşqlərdə şən əhval-ruhiyyəsi ilə diqqət çəkib.
37 yaşlı yarımmüdafiəçinin çalışmalar zamanı özünü yaxşı tərəfdən göstərməsi məşqçilər korpusunun ürəyincə olub.

