"Səbail"in futbolçusu rəhbərlikdən nə xahiş etdi?

3 İyun 2020 12:02 Səbail 791
"Səbail"in futbolçusu rəhbərlikdən nə xahiş etdi?

"Səbail"in yarımmüdafiəçisi Vüqar Bəybalayev qış fasiləsində rəhbərliklə arasında olan maliyyə narazılığına görə əsas komandadan kənarda qalmışdı.

Amma pandemiyadan sonra adıçəkilən futbolçunu əsas komandanın məşqlərində gördük. Görəsən, dəyişən nə var?

Məsələ ilə bağlı "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a bunları dedi: "Vüqar Bəybalayevin qış fasiləsində rəhbərliklə arasında maliyyə şərtlərində razılıq olmamışdı.

Buna görə müvəqqəti olaraq əvəzedici komanda da məşqlər edib, oyunlara çıxırdı. Koronavirus pandemiyasında sonra toplandığımız gün Vüqar özü xahiş etdi ki, rəhbərliklə maliyyə məsələsində güzəştə getməyə razıdır. Təki komanda ilə bərabər oyunlara hazırlaşsın.

Bizim də Vüqarla hər hansısa problemimiz yoxdur. Komandadan ayrı qalması sırf maliyyə anlaşılmazlığına görə idi. Xahişini mən də nəzərə aldım. Vüqar keçən mövsüm "Səbail"də az əziyyət çəkməmişdi.

Bunları nəzərə alıb, Vüqarı yenidən sıralarımıza qatdıq. Hazırda komanda ilə hazırlaşır. Çempionatın qalan görüşlərində də bizimlə bərabər olacaq".

Digər Xəbərlər
Xəbər Lenti