"Bəzi futbolçuların səviyyəsi olduqca aşağı düşüb" - Aftandil Hacıyev

3 İyun 2020 09:28 Səbail 824
"Bəzi futbolçuların səviyyəsi olduqca aşağı düşüb" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Uzun müddətdən sonra "Səbail" məşqlərə başladı. İlk təəssüratlarınız necədir?

- Məlum məsələ idi ki, bu qədər fasilədən sonra komandada dizbalans olmalı idi. Kiminsə şəraiti olub məşq edib, amma kimdəsə bu imkan olmayıb. Bəzi futbolçularda çəki poblemi var. Bəzilərində enmə hiss olunur. Çalışacağıq ki, bundan sonra məşqlərlə müəyyən səviyyəyə çataq

- Dünənə kimi ehtimallar üzərindən danışırdıq. Artıq komandanı yaxından gördünüz. Verilən vaxt forma yığmaq üçün yetərli olacaqmı?

- Bizə 20 gün vaxt verilib. Təbii ki, komandanı bu müddətə istədiyimiz formaya salmaq çətin olacaq. Amma müəyyən qədər balans yaratmaq olar. Bəzi futbolçuların səviyyəsi olduqca aşağı düşüb. Onu qaldırmaq üçün elə günlər olacaq ki, gündə iki dəfə məşqə çıxmalı olacağıq. Məşqlərin sayını artırmaqla qarşıdakı 20 gündə bəlkə də nəsə etmək mümkün oldu

- Planda yoldaşlıq görüşləri keçirmək var?

- Bəli. İki yoldaşlıq görüşümüz olacaq. Məhz bu oyunlardan sonra bəlli olacaq ki, futbolçular hansı səviyyəyə gəlib çıxıblar.

- Kimlərlə oynayacağınız və tarixlər məlumdu?

- Ayın 10-u "Zirə" və 14-ü üçün isə "Qarabağ"la danışmışıq.

- Müqaviləsi bitən futbolçularla bağlı hansısa narazılıq varmı?

- Hələ ki, ciddi bir problem yoxdur. Mövsümün sonuna kimi düşünürəm ki, problem yaşamayacağıq.

Xanoğlan İmanov

Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR