“Səbail”in futbolçusu FİFA-ya şikayət etdi, 280 min dollar irəli düşdü

23 May 2020 15:04 Səbail 841
“Səbail”in futbolçusu FİFA-ya şikayət etdi, 280 min dollar irəli düşdü

FİFA “Səbail”in legioneri Lema Mabidinin şikayətini təmin edib.

Sportinfo.az Fransanın sport365.fr saytına istinadən xəbər verir ki, konqolu yarımmüdafiəçi 4 il çıxış etdiyi sabiq klubu “Raca Kasablanka”nın (Mərakeş) ona olan borcu ilə bağlı dünyanın ali futbol qurumuna müraciət ünvanlayıb.

Mərakeşlilər ona yeni müqavilə təklif etsələr də, o, ötən yay klubu tərk edib. “Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Bildirdim ki, borcumu ödəməsələr, danışıqlar olmayacaq. Amma onlar pulumu vermədilər” – deyə “Səbail”li oyunçu bildirib.

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir. “Səbail” Mabidini bu ilin fevralında transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!