"Açığı, artıq bu barədə düşünməyə başlamışıq"

6 May 2020 17:42 Səbail 764
"Açığı, artıq bu barədə düşünməyə başlamışıq"

"Bizə qəti deyilməmişdi ki, 5 may məşqlər başlayır. Sadəcə, hər şeyin karantin qaydalarından asılı olacağı bildirilmişdi.

Karantin uzadılsa məşqlər də təxirə salınacaqdı. Biz də gözləyirdik ki, karantin ləğv olunsa, ayın 4-dən sonra məşqlərə başlayacağıq.

Heç olmasa qrup şəklində 8-8 başlaya bilsəydik yaxşı olardı. Təəssüflər olsun ki, hələ də gözləmə mövqeyindəyik"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov deyib.

Rəhimov əvvəlki günlərə nisbətən indi çempionatın bərpasına ümidlərin azaldığını bildirib: "Əvvəl fikirləşirdik ki, karantin mayın 4-ü bitsə məşqlərə də, oyunlara da vaxtımız qalacaq.

Amma indiki halda karantin 31 may bitsə, ondan sonra klubların hazırlaşması və çempionatın bərpa olunması uzun müddət aparacaq.

Ona görə də artıq adamda fikirlər yaranır ki, çempionat hazrkı vəziyyətdə bitə bilər. Açığı, artıq bu barədə düşünməyə başlamışıq. Nə qərar qəbul olunsa, onunla razılaşmağa borcluyuq. Başqa çarəmiz də yoxdur"

Millimizin də üzvü olan müdafiəçi əvəzetmə sayının 3-dən 5-ə qaldırılması təklifini isə dəstəkləyib: "Açığı, bunu yaxşı fikirləşiblər. Çempionat başlasa, komandalar ideal formalarında çox uzaqda olacaq. 60-70% hazır ola bilsək şükür etməliyik.

İki aydı heç nə etmirik. Nə qədər fərdi məşq etsək də bu komanda məşqlərinin effektini verə bilməz. Ona görə də 5 əvəzetmə sayəsində hazır olmayan futbolçuları əvəzləyib, oyuna yeni nəfəs gətirmək olar. Amma biz nə qədər bu kimi şeyləri fikirləşsək də əsas odur çempionat başlasın".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!