"Klub prezidenti Ronaldinyonu almaq istəyirdi, Essyen gəldi"

14 Aprel 2020 12:30 Səbail 630
"Klub prezidenti Ronaldinyonu almaq istəyirdi, Essyen gəldi"

İndoneziyanın “Persib Bandunq” klubu ilk olaraq “Səbail”in futbolçusu Maykl Essyeni heyətinə cəlb etmək istəməyib.

Sportinfo.az xəbər verir ki, komanda Braziliya millisinin və “Barselona”nın sabiq oyunçusu Ronaldinyonu almalı imiş. Bu halda, Essyenin transferi baş tutmayacaqdı.

“Persib Bandunq”un baş məşqçisi Umuh Muçtar qanalı yarımmüdafiəçi ilə də müqavilənin dəyərinin çox böyük olduğunu bildirib:

“Essyen dünya şöhrətli oyunçudur. Əslində klubun prezidenti Ronaldinyonu gətirmək istəyirdi, artıq onun agenti ilə danışmışdı. Amma braziliyalı futbolçu tezliklə “Barselona”nın səfiri oldu”.

Maykl Essyen 2017/2018 mövsümündə İndoneziya təmsilçisinin formasını geyinib. Qanalı oyunçu 2019-cu ilin martından “Səbail”də çıxış edir. Ronaldinyo hazırda Paraqvayda ev dustaqlığındadır.

Digər Xəbərlər
Xəbər Lenti