"Yaxşı olardı ki, indi çempionatı başa çatdıraq"

17 Mart 2020 20:40 Səbail 865
"Yaxşı olardı ki, indi çempionatı başa çatdıraq"

Koronavirus pandemiyasına görə, Azərbaycan Premyer Liqasının 1 ay müddətinə dayandırılmasını xəbər vermişdik.

Artıq hər keçən gün pandemiyanın sürətlə yayılması, çempionatın başa çatdırılma ehtimalını azaldır.

Əgər bu ehtimal baş tutarsa, hazırkı turnir cədvəlinə görə, çempionun və avrokuboklara gedəcək kubların adlarının müəyyənləşdirilməsi güman olunur.

Belə olarsa, hazırkı vəziyyətdə avrokuboklara getmək şansı yüksək olan "Səbail", "Sabah", "Zirə" kimi komandalar kənarda qalacaq.

Bu ehtimallarla bağlı "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a bunları deyib: "Hamımız qərarı gözləyirik ki, görək necə olacaq.

İdman prinsipləri baxımından yaxşı olardı ki, indi çempionatı başa çatdıraq. Amma bütün hallarda sağlamlıq daha önəmlidir. Federasiya tərəfindən verilən qərar nə olacaqsa, biz də razılaşmalı olacağıq"

Digər Xəbərlər
Xəbər Lenti