"Zirə"yə görə təəssüfləndi: "Hesab belə olmayacaqdı"

9 Mart 2020 16:00 Səbail 961
"Zirə"yə görə təəssüfləndi: "Hesab belə olmayacaqdı"

"Çətin oyun olacağını bilirdik. Çox ciddi hazırlaşmışdıq.

Hər iki komanda üçün 3 xal vacib idi. Qələbə qazansaydıq, dördüncü yerə yüksəlmək şansımız vardı"

Bu sözləri Sportinfo.az-a "Səbail"in cinah yarımmüdafiəçisi Fəhmin Muradbəyli deyib.

Muradbəyli Premyer Liqanın 20-ci turunda "Zirə"yə 1:3 hesablı məğlubiyyəti belə əsaslandırıb: "Oyuna yaxşı başlamadıq. İlk 15-20 dəqiqədən sonra toparlana bildik. Hətta bərabəlik qolunu da vurduq.

İkinci hissə yenə "Zirə" öz üstünlüyünü artırdı. Əslində, ümumi olaraq başabaş mübarizə getdi. Şanslarımızdan istifadə edə bilsəydik, hesab belə olmayacaqdı".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM